12 Avqust 2017 16:40
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İsraillə Fələstin arasında sülh danışıqlarının başlaması üçün yeni təşəbbüs göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qüdsdə yaranmış hazırkı sakitliyi fürsət kimi dəyənləndirən ABŞ dövlət başçısı İsrail-Fələstin danışıqlarına start vermək üçün bölgəyə 3 nəfərdən ibarət nüfuzlu nümayəndə heyəti göndərir.

Heyətin arasında Trmapın müşaviri və kürəkəni Cared Kuşner də var.

Digər iki nəfər ABŞ prezidentinin beynəlxalq münaibətlər üzrə xüsusi nümayəndəsi Ceson Qremblatt və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Dina Povelldir.

Onlar Səudiyyə Ərəbistanı, Birləmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Fələstin və İsrail liderləri ilə görüşəcəklər.


Müəllif: Mahir