22 Avqust 2017 15:36
2 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu mənim vətəndaşıma həqarətdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 39-cu Muxtarlar Toplantısında Kılıcdaroğlunun maykada yemək yeyərkən paylaşılmış şəklindən danışarkən deyib.

Prezident bu şəklin vətəndaşlara həqarət olduğunu deyib:

“Biri var, ədalət adlı yürüş keçirir, bir də gördün çadırda oturur, maykada yemək yeyən yerdə şəklini paylaşır. Mən bu şəkli qəzetdə gördüm. Bu mənim vətəndaşıma təhqirdir. Sən Atatürkün partiyasının başqanısan. Mənim vətəndaşım ana müxalifətin başçısı kimi normal geyimdə olub, sonra jurnalisti çağırar, “mənim şəklimi çək” deyər. Sən məgər Atatürkün maykada şəkil çəkdirdiyini gördünmü?”

Xatıqladaq ki, Türkiyə mediasında CHP başqanı Kılıcdaroğlunun maykada yemək yeydiyi yerdə fotosu dərc edilib.



Müəllif: Alpər