22 Avqust 2017 19:35
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Türkiyə ilə birgə PKK-ya qarşı hər hansı hərbi əməliyyatlar planlaşdırmır.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətindən bildiriblər.

"Biz xaricdə əməliyyatlar həyata keçirmirik. Lakin İran ərazisində dövlətə qarşı olan istənilən insan və qruplaşmaya qarşı dayanacağıq. Eləcə də İranda istənilən terror cəhdinin qarşısını alacağıq", - mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri ilə PKK-ya qarşı birgə əməliyyatlar aparmaq məsələsini müzakirə etdiyini açıqlamışdı.

"Terror qruplaşmalarına qarşı İranla birgə əməliyyat hər zaman aktualdır. İki ölkənin baş qərargah rəisləri bu əməliyyatları necə keçirməyi müzakirə ediblər. İranlı generalla bunu diplomatik nöqteyi-nəzərdən də müzakirə etdik. Bu səylər davam etdiriləcək. Belə ki, İranda PKK-nın bir qanadı - PJAK fəaliyyət göstərir. Bu təşkilat iranlılarla yanaşı, bizə də ziyan vurur", - Ərdoğan bildirmişdi.


Müəllif: Nahid