17 Yanvar 2018 21:24
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın tibbi müayinədən keçməsi məsələsi rusiyalı həmkarı Vladimir Putin haqqında da analoji təkliflərin səslənməsinə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məsələ ilə bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, Putin tam sağlamdır:

“O, bir çox cavanları geridə qoymağı bacarar”.

Qeyd edək ki, Trampın tibbi müayinəsindən müsbət nəticələr əldə edilib.


Müəllif: Samir