24 Aprel 2018 10:13
3 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm.

Bunu müxalif “Addım” Hərəkatının sədri, “məxməri inqilab”ın lideri Nikol Paşinyan bildirib.

O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir: “Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətisizdir”.

N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla "Mariott" otelində görüşəcək və baş nazir məsələsi ilə bağlı danışıqları davam etdirəcək: “Mən birmənalı şəkildə vurğulamaq istrdim ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sərksiyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.


Müəllif: Teleqraf.com