20 May 2018 01:14
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Tvitterdə xanımı Melaniya Trampın adını səhv yazıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə "Hill" məlumat yayıb.

Xəstəxanadan Ağ Evə qayıtması münasibətilə xanımını təbrik edən Tramp onu "Melani" adlandırıb.

"Nə yaxşı ki, bizim gözəl birinci xanım Ağ Evə qayıtdı. Melani özünü yaxşı hiss edir. Dua və arzularınıza görə çox sağ olun", - Tramp yazıb.

"Hill" qeyd edir ki, bir müddət sonra Tramp səhv etdiyini başa düşüb, bu tviti silib və eyni məzmunlu yeni tvit yazıb.


Müəllif: Nahid