23 May 2018 14:56
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın müdafiə naziri Peter Hultqvist isveçli həmkarı Klaus İjort Frederiksenlə görüşüb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Kopenhagendə baş tutan görüşdə Rusiyanın Skandinaviya dövlətlərinə qarşı təhdidləri müzakirə edilib.

Tərəflər Rusiyanın təhdidlərinə qarşı birgə mübarizə barədə razılığa gəliblər. Razılaşmaya əsasən, İsveç və Danimarka silahlı qüvvələri dəniz və hava sahələrində Rusiyanın hərbi obyektlərinə qarşı birgə müşahidə missiyasını həyata keçirəcəklər.

Həmçinin, Rusiyanın Baltik dənizindəki sualtı döyüş gəmilərinə nəzarət barədə razılaşma əldə edilib.

İki ölkənin rus qırıcılarına qarşı birgə mübarizəsi məqsədilə icazə almadan hava məkanlarından istifadə edilməsi də anlaşmaya daxil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu