16 Avqust 2014 10:39
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT İraq Şam İslam Dövləti (İŞİD – hazırkı adı İslam Dövləti) adlı terrorçu qruplaşma ilə bağlı qərar verib.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurası başda İŞİD və “Nusra” cəbhəsi olmaqla İraq və Suriyada fəaliyyət göstərən “Əl-Qaidə”-yə bağlı olan bütün terror təşkilatları əleyhinə qərar çıxarıb. Səsvermə yolu ilə qəbul edilən qərarda terrora qarşı mübarizə məsələləri yer alıb.

Məlumat üçün deyək ki, İraq və Suriyadakı terror qruplarını hədəfə alan 2170 saylı qərar Böyük Britaniya tərəfindən hazırlanıb.

İclasda BMT Təhlükəsizlik Şurasının sədri Mark Grant bildirib ki, qəbul edilən qərarın güclü təsirləri olacaq. Sənəd terrorizmə qarşı güclü və açıq mesaj, terrorçu qruplara yardımın qarşısının alınması, onlara maliyyə dəstəyinin kəsilməsini özündə ehtiva edir. Lakin qərarda hərbi müdaxilə istisna edilir.


Müəllif: