3 Fevral 2015 05:15
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində separatçı qüvvələrin ordu güclərinin mövqelərinə intensiv həmlələri davam edir. Rusiya tərəfdarı separatçılar hazırda səfərbərlik yolu ilə itkilərin yerini doldurmağa və hərbi təcavüzü daha da genişləndirməyə çalışırlar. Separatçıların hədəfi səfərbərlik nəticəsində döyüşən qüvvələrin sayının 100 minə çatdırılmasıdır.

Teleqraf.com-un məlumatına görə, separatçı DAN xəbər agentliyi özünü Donetsk Xalq Respublikası elan etmiş qurumun lideri Aleksandr Zaxarçenkonun Ukrayna hökumətinin Donetsk regionunda əsgəri qüvvəsini artırdığını və vəziyyətin balanslaşdırılması üçün ümumi səfərbərliyə ehtiyac olduğunu dediyi haqda məlumat verib.

Aleksandr Zaxarçenko səfərbərliyin 10 gün ərzində başlayacağın və könüllülərə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, özünü Donetsk Xalq Respublukası və Luqansk Respublikası elan etmiş iki qurumun qüvvələrinin birləşdirilməsi planlaşdırılır. O, birgə qüvvələrin sayının 100 minə çatacağını deyib.

Aleksandr Zaxarçenko bu qüvvələr üçü təchizatın haradan gətiriləcəyi ilə bağlı bir söz deməyib. Ukrayna və Qərb ölkələri Rusiyanın Ukraynanın şərqinə silah və hərbi personal göndərdiyini bildirir. Moskva bu ittihamları birmənalı şəkildə inkar etməyə çalışır.

Separatçıların lideri həmçinin səfərbərlik planlarının yaz aylarına qədər separatçı qüvvələrə bir tank, bir artilleirya və üç moto-piyada briqadasından ibarət daha beş briqadanın əlavə edilməsinə imkan yaradacağına inandığını bildirib.


Müəllif: