5 Fevral 2015 01:56

Qərbi Afrikada minlərlə insanın ölümünə səbəb olan Ebolaya qarşı hazırlanan vaksin virusun ilk dəfə aşkarlandığı Liberiyada tətbiq edilməyə başlanıb.

Publika.az-ın məlumatına görə, paytaxt Monroviada bir xəstəxanaya gətirilən vaksinlər ilk dəfə 12 könüllü üzərində tətbiq edilib. Bu vaksin yüksək hərarəti olan, Eboladan sağalan, hamilə və süd verən qadınlara vurulmayacaq.

Liberiya Səhiyyə Nazirliyinin bu vaksinin gələcəyə yönəlik olduğu bildirilib.

ABŞ Milli Allergiya və İnfeksiya Xəstəlikləri Layihə və Klinik Tədqiqatlar Mərkəzi Müdir Köməkçisi Clifford Lane da peyvəndin hədəfinin Ebolanın qarşısını almaq olduğunu qeyd edib.

"Vaksin epidemiyası qarşısını almaq üçün 100% müsbət nəticə göstərməsi təsdiqlənməyib. Lakin onun 6 min könüllüyə tətbiq etməyi planlaşdırırıq”.

Liberiya sakinləri isə vaksinin təsiri tam təsdiqlənmədiyinə görə, onun vurulmasına razı olmurlar. Ölkə əhalisi vaksinin tətbiqi məsələsində iki hissəyə bölünüb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qvineya, Sierra Liona, Liberiya başda olmaqla Eboladan 9 min nəfər ölüb.


Müəllif: