6 Mart 2015 16:57

“Qızları öldürüb onların atası ilə evləndi”

İstanbulun Pendikt bölgəsində 14 il əvvəl itkin düşən 7 və 2 yaşlı iki bacının qatilinin kimliyi məlum olub. Onlar atalarının sevgilisi tərəfindən öldürülərək zibilliyə atılıb.

Teleqraf.com xəbər verir ki, 23 dekabr 2001-ci ildə itən 7 və 2 yaşlı Dərya və Dəniz adlı bacıların qatili tapılıb. 14 il sonra polisə müraciət edən və adı gizli saxlanılan şahid ifadəsində uşaqları Gülhan G.-nın öldürdüyünü deyib. Bundan sonra polis Gülhanı həbs edib.

Hadisə zaman 12 yaşı olan şahid polisə ifadəsində illərdir vicdan əzabı çəkdiyini deyib:

“Gülhan G. narahat və həyəcanlıydi. Əlindəki kisələridaşımağa gücü çatmadığından məndən kömək istədi. İçində cəsədlər olan kisələri zibil qutusuna atdı. Paketlərdə cəsədlər var idi. Sonra isə məni təhdid edərək bu baərdə heç kimə danışmamağımı tapşırdı.Uşaq olduğum üçün çox qorxdum. Gülhan bələdiyyəyə zəng edərək zibil qutularından iy gəldiyini dedi. Hadisəni unuda bilmirəm. Gülhan G. bir müddət sonra uşaqların atasıyla evləndi. Uşaqlar onun həmin kişi ilə evlənməsinə mane olurdu”.

Prokurorluğun təlimatıyla Gülhan G. nəzarətə alınıb. Gülhan G. “xüsusi amansızlıqla qətl tərətmək” ittihamı ilə həbs edilib.

Rüstəm


Müəllif: