4 İyun 2014 17:53

ABŞ prezidenti Barak Obama Varşavada çıxışı zamanı Ukraynanın yeni hakimiyyətini tanıdığını deyərək bu ölkədə vəziyyəti ağırlaşdırmağa davam edəcəyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib.

Axar.az xəbər verir ki, Obama Polşanın demokratiyaya keçidinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

“Azad xalqlar çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və maliyyə xərcləri bahasına başa gəlməsinə nail olacaqlar. Biz bir yerdəyik, çünki sülh və təhlükəsizlik uğrunda mübarizədə məsuliyyət olduğuna inanırıq. İmperiyalar və işğalçılıq sferası arxada qalıb. Böyük xalqlar kiçikləri qorxuda və öz istədiklərini onlara diktə edə bilməz” – deyə Obama bildirib.

Amerikalı prezident eyni zamanda ABŞ-ın Krımın Rusiya tərəfindən işğalını tanımadığını deyib: “Qələm heç vaxt hər hansı torpağın oğurlanmasına xidmət edə bilməz, buna görə də biz Krımın işğalını və ya Ukraynanın ərazi bütövlüyünün pozulmasını tanıya bilmərik”.

Bu çıxışından sonra tədbirdə çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko Obamaya yaxınlaşaraq ona minnətdarlığını bildirib.


Müəllif: