6 May 2016 10:38
1 799

Ermənistanın paytaxtı İrəvanda bir qrup etirazçı hökumət binasının qarşısında aksiya keçirib.

Teleqraf.com 1in.am saytına istinadən xəbər verir ki, şəhərin Yekmalyan küçəsinin sakinləri öz mənzilləri üçün kompensasiya tələb ediblər.

Onlar bildiriblər ki, 12 ildən çoxdur mənzillərini ala bilmirlər: “Hökumət bu evləri bizə verəcəyini vəd edib. Biz də uzun müddətdir kirayədə qalırıq. Onlar daim yalan danışırlar, vaxt udmağa çalışırlar. İndi də deyirlər ki, müharibədir. Bizim uşaqlarımız gedib cəbhədə döyüşür, amma bu dələduzlar heç nə etmirlər. Onların müharibə zamanı qabağa düşməyə cəsarəti çatmayacaq. Biz bayaqdan məmurları aşağı çağırıq, amma onlar enmirlər. Çünki onlar qorxaqdır. Onların kişiliyi çatmır ki, bizimlə danışsın”.

Samir


Müəllif: