24 İyun 2017 08:29
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Körfəz böhranından sonra Türkiyə ilə Qətər arasındakı ticarət dövriyyəsi genişlənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gömrük və ticarət naziri Bülənt Tüfəngçinin sözlərinə görə, Türkiyə və Qətər arasında ticarətin həcmi böhran əvvəlki dövrlə müqayisədə 3 dəfə artıb. Türkiyədən Qətərə 16 gün ərzində 32 milyon 500 min dollarlıq ixracat reallaşdırılıb.

Qida daşıyan təyyarə sayı 100-ə çatarkən, xeyli sayda gəmi də İzmirdən bu ölkəyə yola düşüb. Türk iş adamları isə Qətərin paytaxtında ticarət obyektlərinin sayını artırırlar.


Müəllif: Şəfiqə