22 Avqust 2017 11:31
2 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin mümkün varislərinin adları açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, "Peterburq siyasəti" Fondunun açıqladığı siyahıda Baş nazir Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin və Tula vilayətinin qubernatoru Aleksey Dyumin ilk üçlükdədir.

Bundan başqa, Müdafiə naziri Sergey Şoyqu və Rusiya Federal Məclisi Federal Şurasının sədri Valentina Matviyenko da varislər sırasındadır.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Vladimir Putinin namizəd olub-olmayacağı hələlik bəlli deyil.


Müəllif: Mahir