17 May 2018 11:12
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində meyitləri tapılan alpinistlərlə bağlı xüsusi komissiya yaradılıb.

Bunu Teleqraf.com-a açıqlaqmasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, mayın 16-da yaradılan komissiyaya nümayəndələri İstintaq araşdırma qrupu ilə Qubanın Xınalıq kəndinə gediblər: “Komissiyanın rəhbəri Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Çingiz İsgəndərov, üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon PMəhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur. Ötən gün onlar İstintaq araşdırma qrupu ilə Qubanın Xınalıq kəndinə gediblər. Tapılan alpinist meyitləri Quba rayon Patoloji Anatomiya Birliyinin morquna gətirilib və gecə müayinə edilib. Müayinənin müddəti 6 saat çəkib”.

Səfayə Əhmədova qeyd edib ki, müayinələr başa çatdıqdan sonra meyitlər ailələrə təhvil verilib: “Müayinələrin nəticələrinə uyğun rəy tərtib olunacaq və Quba rayon prokurorluğuna təqdim ediləcək”.


Müəllif: İlhamə Əbülfət