15 İyul 2016 12:21
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində demokratikmusavat.com adından yeni səhifə yaradılıb. Az sonra isə məlum olub ki, www.demokratikmusavat.com ünvanda yeni sayt fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Müsavat Partiyasının rəhbərliyi və üzvləri belə bu saytın və sosial şəbəkədə yaradılan səhifənin fəaliyyətindən məlumatlı olmayıb.

Araşdırmamız zamanı bəlli oldu ki, sözügedən səhifəni mətbuatda iqtisadçı ekspert qismində çıxış edən Akif Nəsirli yaradıb. Qeyd edək ki, Nəsirli öncə Müsavat Partiyasının üzvü olub, daha sonra Azad Demokratlar Partiyasına keçib və bu təşkilatın sədri Sülhəddin Əkbərə yaxın şəxslərdən hesab olunur. Onun eyni zamanda uzun illərdir ki, “Paralel” qəzetində çalışdığı məlumdur. Bu qəzetin baş redaktoru Tapdıq Abbas isə həm də Azad Demokratlar Partiyasının rəhbərliyində təmsil olunur. Müsavatçılar məsələni araşdıran zaman bəlli olub ki, saytı qeydiyyatdan Tapdıq Abbas keçirib.

Onu da qeyd edək ki, bu saytın müsavatçılar tərəfindən idarə edilməsi ehtimalı azdır. Çünki hazırda Müsavat Partiyasının təbliğatı ilə ancaq bastainfo.com adlı sayt məşğul olur.

Məsələyə Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov elə sosial şəbəkədə münasibət bildirib: “ Demokratikmusavat adlı sayt peyda olub. Vallah-billah, 12 imama və 12 apostola and olsun ki, bu saytın Müsavat Partiyasına aidiyyatı yoxdur”.

Cavad


Müəllif: