22 May 2017 19:14
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında, yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

Xatırladaq ki, paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında, yaşayış binasında yanğın olub. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.


Müəllif: Teleqraf.com