18 İyun 2017 08:55
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Mon de Marsan kommunası yaxınlığındakı ispan sərhədində təşkil olunan korrida zamanı faciəli hadisə baş verib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, korrida zamanı matador İvan Fandinio ölüb.

Xəbərə görə, əynindəki plaşı Baskoniyanın 36 yaşlı sakininin ayağına dolaşıb və o, yerə yıxılıb. Bundan sonra öküz onu havaya tullayıb. Nəticədə öküzün buynuzu İvan Fandinionun ciyərini dağıdıb.

Matador təcili xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.


Müəllif: Teleqraf.com