20 İyun 2017 12:09
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusuna məxsus təyyarənin ABŞ qırıcıları tərəfindən vurulmasından sonra Avstraliya bu ölkədə anti-terror əməliyyatlarından geri çəkildiyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb:

"Avstraliya silahlı qüvvələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyada İŞİD-ə qarşı əməliyyatları müvəqqəti olaraq dayandırmaq qərarına gəldik".

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri iyunun 18-də Suriya hökumət qüvvələrinə məxsus Su-22 qırıcısını vurub. Olay Rusiya və ABŞ arasında gərginliyin artmasına səbəb olub.


Müəllif: Samir