26 İyun 2017 00:40
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra vəfat edib.

Teleqraf.com "azxeber.com"a istinadən xəbər verir ki, modelliklə məşğul olan Leyla 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.

Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir.


Müəllif: Teleqraf.com