17 Avqust 2017 12:35
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidentinin təhlükəsizlik xidmətinin sabiq rəhbəri Akmurad Rəcəbov həbsxanada dünyasını dəyişib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onun damar tutulmasından öldüyü bildirilir. Cəsədi ailəsinə təhvil verilib.

Akmurad Rəcəbov keçmiş prezident Saparmurad Niyzaovun (Türkmənbaşı) şəxsi mühafizə xidmətinin rəhbəri və onun ən yaxın adamı olub. Türkmənbaşının ölümündən sonra hakimiyyətin hazırkı Prezident Qurbanqulu Berdiməhəmmədova ötürülməsində xüsusi rol oynayıb. 2007-ci il mayın 15-də general-leytenant Rəcəbov başqa işə keçməsi adı ilə vəzifədən çıxarılıb və az sonra həbs edilib.

Həmin ilin iyulunda korrupsiya ittihamı ilə 17 il məhkum olunub.

Akmurad Rəcəbov ətrafla heç bir əlaqəsi olmayan tam qapalı həbsxanada cəza çəkib.


Müəllif: Mahir