19 Avqust 2017 12:18
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:12

Sosial şəbəkələrdə Faytonçu Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, məlumat müğənni Vüqar Muradovun səhifəsində yerləşdirilib.

Vüqar Muradovun prodüseri Oxu.az-a açıqlamasında bu məlumatın Nazim Pişyarinin yaxın dostu Ələkbər Şahmuradovun səhifəsindən götürüldüyünü bildirib və bu haqda dəqiq məlumatı olmadığını söyləyib.

Zəngdən sonra isə müğənni məlumatı səhifəsindən silib.

Nazim Pişyarinin yaxınları və dostları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Faytonçu Nazim xərçəng xəstəliyindən əziyyət çəkir.

***

Faytonçu Nazimin yaxın qohumunun Publika.az-a verdiyi məlumata görə, müğənninin ölümü ilə bağlı yayılan məlumat yalandır:

"Müğənninin vəziyyəti yaxşıdır. Nazim sağ və salamatdır".

***

Ölüm xəbəri yayılan müğənni Faytonçu Nazim açıqlama verib.

O, Metbuat.az-a yayılan xəbərdən hiddətləndiyini bildirib:

"Bu nə biabırçılıqdır yazıblar? Qohum-əqraba təşviş içərisindədir. Dost-tanış stress keçirib. Belə şeylər eləmək olmaz axı. Reytinq xatirinə insan taleyi ilə oynamaq olmaz. Hər şey normaldır, ayaq üstəyəm. Özümü də çox gözəl hiss edirəm”.


Müəllif: Teleqraf.com