16 Oktyabr 2017 14:23
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündüz saatlarında Bakının Nizami rayonunda hərəkətdə olan yük maşını alışıb.

Trend-in məlumatına görə, insident rayonun Mikayıl Əliyev küçəsində qeydə alınıb. Hərəkət edən avtomobilin tullantılar olan yük hissəsində yanğın baş verib.

Hadisə yerinə dərhal yaxınlaşan yol polisi əməkdaşlarının müşayiəti ilə tullantılar yerə boşaldılıb.

Yanğının baş vermə səbəbləri məlum deyil.


Müəllif: Teleqraf.com