12 May 2014 16:39
502

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Şri-Lankanın Colombo şəhərində keçirilən Dünya Gənclər Forumunda iştirak edib.

Bu barədə təşkilatın mətbuat xidmətindən Teleqraf.com-a məlumat verilib. BMT-nin və Şri- Lanka hökümətinin dəstəyilə keçirilən Forumda təşkilatı altı nəfər təmsil edib.

Konfransın əsas məqsədlərindən biri BMT-nin Post-2015 İnkişaf Gündəliyində dünya gənclərinin fikirləri və töhfələrinin yer almasıdır. Tədbirin sonunda Kolombo Gənclər Deklarasiyası qəbul edilib.

BƏXTİYAR


Müəllif: