30 İyun 2014 11:53

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Uruqvay millisinin hücumçusu Luis Suaresin FİFA tərəfindən cəzalandırılmasına münasibət bildirib.

"Yahoo Sport"a danışan portuqaliyalı mütəxəssis Suaresin bu cəzaya layiq olduğunu deyib:

"Futbolda oyunçular və məşqçilər üçün müəyyən qaydalar var ki, ondan kənara çıxmaq olmaz. Mənim də zaman-zaman intizamsız hərəkətlərim olub, ancaq həddimi bilmişəm. Suares isə artıq üçüncü dəfə eyni hərəkəti etdi. Düşünürəm ki, o, bu cəzaya layiq idi".

Qeyd edək ki, Suares İtaliya ilə oyunda (1:0) rəqib müdafiəçi Corcio Kyellininin çiynini dişlədiyi üçün 4 aylıq futboldan kənarlaşdırılıb./qol.az/


Müəllif:
Загрузка...