15 İyul 2014 17:00

"Liverpul" klubunun sabiq kapitanı Ceymi Karraqer maraqlı fikirləri ilə diqqət çəkib.

Karraqer "Liverpul"dan ayrılan Suaresi yalnız L.Messi və K.Ronaldonun əvəzləyə biləcəyini deyib:

"Çempionlar Liqasında mübarizə aparmaq üçün "Liverpul"un böyük heyətə və səviyyəli futbolçulara ehtiyacı var. Komanda bütün mövqelərə yaxşı transferlər etmək üçün böyük pullar xərcləyir. Ancaq Suaresin yerini doldurmaq çox çətindir. Əminəm ki, baş məşqçi Brendan Rocers Suaresin əvəzinə yüksək səviyyəli futbolçu axtarır. Lakin onu yalnız Messi və Ronaldo ilə əvəzləyə bilər. Bu mənada düşünürəm ki, "Liverpul"un Suaresə əvəzləyici tapmaq şansı çox azdır".

Qeyd edək ki, Suares 88 milyon avro qarşılığında "Liverpul"dan "Barselona"ya transfer olunub./qol.az/


Müəllif: