10 Oktyabr 16:55

“Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna (Competition Working Group) üzv seçilib.

Teleqraf.com xəbər verir ki, Asif Əsgərov 49 namizəd arasından seçilən 6 nəfərdən biri olub.

Asif Əsgərovdan başqa Yarış İşçi Qrupuna “Real”dan Emilyo Butragueno, PAOK-dan Lugoş Mixel, “Qalatasaray”dan Cenk Ərgün, “Yuventus”dan Ruzo Lombardo və “Malmö”dən Nikas Karlsson seçilib.


Müəllif: Samir