12 Noyabr 2017 01:45
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Avro-2019-un seçmə mərhələsində keçiriləcək Azərbaycan - Kosovo oyunu üçün hakim təyinatları açıqlanıb.

Teleqraf.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Estoniya Futbol Federasiyasından Roomer Tarayev idarə edəcək. Ona Hannes Reynvald, Neeme Neemlayd köməklik edəcək. Dördüncü hakim funksiyasını Eyko Saar yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Kosovo görüşü noyabrın 14-ü saat 18:00-da başlayacaq.


Müəllif: Teleqraf.com