16 May 2014 11:20
604

“Barselona”lı ulduz futbolçu Messi Türkiyənin Soma şəhərində kömür mədənində baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, ulduz futbolçu içəridə qalan mədən işçilərinin tez zamanda xilas olmasını diləyib. O başsağlığını sosial şəbəkə vasitəsi ilə edib:

“Manisada meydana gələn mədən qəzası səbəbi ilə vəfat edən mədənçilərin ailələri başda olmaqla, bütün Türkiyəyə başsağlığı diləyirəm. Ümid edirəm içəridə qalan şaxtaçıları bir an əvvəl xilas edərlər. Ürəyim qəzadan təsirlənən hər kəslə birlikdədir ...”

Maraqlıdır ki, Messi bu başsağlığını türk dilində verib.

Aygün İlqarqızı


Müəllif: