24 Oktyabr 2017 07:50
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Quba rayonunun Talabı kəndində neft çıxması barədə məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, bu məlumatlara aydınlıq gətirən Quba Rayon İcra Hakimiyyəti başçısının Talıbıqışlaq nümayəndəsi nümayəndəsi Xanlar Heybətov "Sputnik Azərbaycan"a sözügedən kənddə neftin çıxmasının təzə xəbər olmadığını deyib. Onun sözlərinə görə, 47 il əvvəl Talabı kəndinin ərazisində neft quyusu aşkar edilib.

1970-ci ildə bura mütəxəssislər gəlib təxminən 1000 metrə yaxın qazıntı işləri aparıblar və qazma qurğusu sındığına görə işi dayandırıblar. Bir müddətdən sonra isə qayıdıb qazıntı üçün lazım olan digər avadanlıqları da götürüb gediblər.

Bundan sonra, 1973-cü ilə qədər qazıntı aparılan ərazidə az da olsa neft çıxıb. "Sonralar bu ərazilərdə nefti cüzi şəkildə görmək olurdu. Son zamanlarda isə köpük qarışıq neft çıxır. Sakinlər vaxtaşırı bu neftdən istifadə edirlər. Amma burada daim neftin çıxdığı quyu yoxdur", — deyə Heybətov bildirib.

Onun sözlərinə görə, bu ərazidən çıxan neft əsasən müalicəvi əhəmiyyətli neftə bənzəyir.


Müəllif: Teleqraf.com