14 Fevral 2015 08:01
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvarında əvvəlki ilin eyni dövrünə nisbətən sənaye məhsulu istehsalı 1,4 faiz artıb və 1,8 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, sənaye məhsulunun 58,1 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,7 milyon ton neft, 1,8 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,2 faizini təşkil edib.

İçki, tütün məmulatlarının, kağız və karton, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və digər məhsulların istehsalında artım müşahidə olunub.

İstehsal edilmiş sənaye məhsulunun 10,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi sənaye istehsalının 88,8 faizi malların (əmtəələrin), 11,2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 71,5 faizi özəl bölmədə istehsal olunub.


Müəllif: