9 İyun 2014 15:17
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 11-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağdamda Ağcabədi, Xocavənd və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.

Teleqraf.com-un məlumatına görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağdam Olimpiya İdman Kompleksində (Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin elektron ünvanına və müvafiq telefonlar vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Naibə


Müəllif: