25 İyun 2017 15:45
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova “İnstaqram” hesabı üzərindan canlı yayım edərək, ona ünvanlanan sualları cavablandırıb.

Teleqraf.com xəbər verir ki, yaxın günlərdə xüsusi mətbuat konfransı keçirəcəyinə söz verən müğənni sentyabrda Bakı Kristal Zalında baş tutacaq solo konserti barədə deyib: “Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq biletlər satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konsert olmayıb. Bu ilk də mənim adımla bağlı olacaq. Məndən sonra kim edərsə, ona uğur arzulayaram. Əsas birinci olmaqdır, onu da mən edirəm”.

Qeyd edək ki, A.Kazımovanın karyerasının 30 illiyinə həsr olunacaq bu konsert layihəsi üzərində işləmək üçün dünyanın bir çox ölkələrindən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.


Müəllif: Könül Əlibəyli