10 Avqust 2014 16:40

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Prezidenti Serj Sarkisyanın iştirak ilə Soçidə "Boçarov Ruçey" iqamətgahında üçtərəfli görüş başlayıb.

Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək üçün Azərbaycanın və Ermənistanın xoş məramı var: "Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan Prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz [Ermənistan Prezidenti] indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur"./Trend/

****

15:57

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarqsyanın iştirak ilə Soçidə "Boçarov Ruçey" iqamətgahında üçtərəfli görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.


Müəllif:
Загрузка...