21 Avqust 2014 16:33

Ada Lavleys yeganə qadındır ki, proqramlaşdırma sahəsində onun şərəfinə “ADA” adlnadırılan proqram mövcuddur və bütün dünyada geniş istifadə olunur.

O, tarixə dünyanın ilk proqramçısı kimi düşüb.

Avqusta Ada Kinq, qısaca olaraq Ada Lavleys - ingilis riyaziyyatçısıdır. O, Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında ilk dəfə hesablama maşınınınə təsvirini verən şəxs kimi də tanınır..

Avqusta dünya ədəbiyyatının klassiki kimi qəbul edilmiş ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı olub.

Ada 10 dekabr 1815-ci ildə doğulub. Onun anası Anna İzabellaya riyaziyyatla məşğul olduğu üçün “Paraleloqramlar şahzadəsi” ləqəbi verilmişdi.

İlk və son dəfə Bayron qızını dünyaya göz açmasından 1 ay sonra görür. Sonra isə arvadından boşanır və birdəfəlik İngiltərəni tərk edir.

Qızcığaz , Bayronun eşqbazlıq etdiyi güman olunan ögey bacısının şərəfinə Oqasta (Avqusta) adlandırılır. Ona görə də uşağın anası və anasının valideynləri heç vaxt onu belə çağırmırdılar. Onu Ada deyə müraciət edirdilər. Adanın anası Bayrona o qədər nifrət edir ki, hətta ailəvi kitabxanadan da qızın atasının bütün kitablarını götürtdürür.

Bir az böyüdükdən sonra Adanın anası Missis Bayron qızı üçün özünün keçmiş müəllimi – şotland riyaziyyatçısı Oqastes De Morqanı dəvət edir.
O, “Səma mexanikası haqda traktat”adlı əsərin müəllifi, fransız astronom və riyaziyyatçı Pyer Simon Laplasla vaxtını keçirmiş Merri Sommervillə evli idi. Məhz Merri böyüyən bu yeniyetmə qız üçün tərbiyəçi modeli seçilmişdi.

17 yaşı olanda o, evdən kənara çıxmaq hüququ alır və ilk dəfə olaraq kral və kraliçaya təqdim olunur. Çarlz Bebbic adını isə o ilk dəfə nahar zamanı Merri Sommervildən eşidir. Üstündən bir neçə həftə keçmiş ilk dəfə olaraq o, Çarlz Bebbiclə görüşür.

Bebbic yarım əsr ondan əvvəl İsaak Nyutonun fəaliyyət göstərdiyi Kembric Universitetinin riyaziyyat kafedrasında professor idi. Az sonra miss Bayron o dövrün görkəmli şəxsiyyətləri Maykl Faradey, Devid Brüster,Çarlz Uitston,Çarlz Dikkens və digərləri ilə tanışlığa müvəffəq olur.

Öz vəzifəsinin icrasına başlamazdan bir neçə il əvvəl Bebbic 20 rəqəminə qədər hesabı dəqiqliklə aparan loqarifm maşınının (dünyada ilk kompüter sayılır) layihəsini verib qurtarmışdı. Ling vasitəsi ilə hərəkət gətirilən çoxsaylı val və çarxlardan ibarət bu maşının çertyoju artıq baş-nazirin masası üzərində olur.

1823-cü ildə “Bebbicin böyük silsiləli maşını” adlanan və yer üzündə ilk kompyuter hesab olunan bu maşının tikintisi üçün subsidiya verilir. Tikinti-quraşdırma işləri 10 il davam edir. Getdikcə maşının konstruksiyası daha da mürəkkəbləşirdi,1833-cü ildə maliyyəlaşdirmə dayandırılır.

1835-ci ildə miss Bayron 29 yaşlı baron Uilyam Kinqə ərə gedir.
Onların 4 il ərzində 3 övladı dünyaya gəlir: 12 may 1836-ci il təvəllüdlü Bayron, 22 sentyabr 1837 təvəllüdlü Anabella (Ledi Enn Blyun) və 2 iyul 1839 –cu il təvəllüdlü Ralf Qordon.Nə əri, nə də 3 uşağı Adaya özünü əsas vəzifəsi adlandırdığı bu işə böyük həvəslə həsr etməsinə mane odular.Evlilik hətta onun işini daha yüngülləşdirdi. Belə ki,Lavleys xəzinədarlığı onun əsas maliyyə mənbəyi idi.

Sonradan Bebbic Adaya mətnə daha müfəssəl şərhlər əlavə etməyi təklif edir. Ada yazırdı “Bebbicin maşını cəbri ifadələri, naxışları parça üzərinə tikən dəzgah kimi dəqiqliklə tikir”.

Məhz bu şərhi Ada Layleysi planetin ilk proqramçısı adlandırmağa əsas verir. Əlavə olaraq Ada Bebbicə maşın üçün maye üzərində enerjinin saxlanma qanunu ifadə edən Bernulli tənliyini həll etmək üçün plan hazırladığını bildirir.

Ada Lavleys uşaqlıq (yumurtalıq) xərçənginin müalicəsi zamanı daxili qanaxma səbəbi ilə (onun atası da daxili qanaxmadan vəfat edib) 27 noyabr 1852-ci ildə vəfat edir və Nottinqempşirdə Bayronlar sərdabəsində ömür boyu tanımadığı atasının yanında dəfn olunur.

1975-ci ildə ABŞ Müdafiə Nazirliyi universal proqlaşdırma dilinin işlənib hazırlanması haqqında qərar qəbul edir.Müdafiə naziri gələcək proqramlaşdırma dilinin “Ada” adlandırılması barədə təkliflə məmnuniyyətlə razılaşır. 10 dekabr 1980-ci ildə bu standart proqramlaşdırma dili təsdiq olunur.

Beləliklə, hər il dekabr ayının 10-da - Ada Avqusta Lavleysin ad günündə dünyanın bütün proqramçıları öz peşə bayramlarını qeyd edirlər.

Ülviyyə


Müəllif:
Загрузка...