12 İyul 2017 12:37
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Onun sözlərinə görə, görüş Bakıda iyulun 18-19-da baş tutacaq.

Səfir bildirib ki, görüşdə ikitərəfli və üçtərəfli, o cümlədən cari məsələlərin müzakirəsi gözlənilir.

Səfir həmin tarixlərdə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumları rəhbərlərinin də görüşünün keçiriləcəyini də qeyd edib.


Müəllif: Nərgiz