7 Dekabr 00:03
204

21:24

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov hazırda Ermənistanın xarici işlər naziri Edvard Nalbәndyanla görüşür.

Bu barədə Teleqraf.com-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, nazir səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

***

Viyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirilən görüşü başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Tvitter" səhifəsində yazıb.


Müəllif: Teleqraf.com