19 İyun 2017 20:28
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 39 yaşlı velosipedçinin qeyri-adi düşkünlüyü var. İki uşaq atasının zərərli vərdişi ona baha başa gəlib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, Mehmed.D adlı kişi qarşısında gedən gözəl xanımlara əllə toxunmaq "xəstəliyi"nə yoluxub. Onun son bir ayda 4 qadına arxadan əllə toxunduğu müəyyən edilib.

Şorgöz kişinin əməlləri təhlükəsizlik kameraları tərəfindən yaddaşa köçürülüb.

Sosial şəbəkədə yayılan fotodan sonra Mehmed.D-nin cəzalandırılması ilə bağlı kampaniya başladılıb. Polis Mehmed D-nin izinə düşüb. Onun həyat yoldaşı tədim olunan video-görüntülərdəki şəxsin əri olduğunu təsdiqləyib.

Daha öncə təcavüz ittihamı ilə həbs edilmiş Mehmed D. polisə ifadəsində "bilərəkdən olmadı, əlim dəydi" deyib.

Mehmet D-nin barədində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Ruslan