25 İyun 2017 08:05
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Votsap messencerində yeni funksionallıq istifadəyə veriləcək.

Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencerin istifadəçiləri bir-biri ilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq.

Ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. Votsap messencerinin "Android" mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, "iOS" sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.

Votsap messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.


Müəllif: Teleqraf.com