17 Sentyabr 20:39
552

Bakıda daha bir yol polisi hümanist addım atıb.

Teleqraf.com etibarlı mənbəyə istinadən xəbər verir ki, bu gün rayondan Bakıya gələn avtobusda sərnişinlərdən birinin səhhəti qəfil pisləşib. Sürücü avtobusu Nəvai polis postunun yanında saxlamağa məcbur olub.

Sərnişinlərin müdaxiləsi nəticə vermədiyi üçün təcili tibbi yardım çağırılıb. Amma tibbi yardım gecikdiyi üçün yol polisinin Anar adlı inspektoru xəstəni anası ilə birgə maşına əyləşdirərək 1 saylı Kliniki Tibbi Yardıma çatdırıb. Polis yolda iki dəfə halı pisləşən xəstəyə ilkin yardım göstərib. Xəstəxanada xəstəni həkimə təhvil verəndən sonra polis 1 saata yaxın nəticəni gözləyib. Xəstə yaxşılaşandan sonra polis xəstəxananı tərk etdib.

İnspektor Anar fotoda gördüyünüz avtomobillə xəstəni xəstəxanaya çatdırıb.


Müəllif: Teleqraf.com