23 Sentyabr 15:16

Teleqraf.com saytı bu həftədən etibarən bir qədər əvvəl xeyli maraqla qarşılanan “Brifinq” layihəsinin fəaliyyətini bərpa edir. Müəyyən fasilədən sonra layihənin ilk qonağı ilahiyyatçı Elşad Miridir.

E.Miri Azərbaycandakı mövcud dini durumu qiymətləndirib, hazırkı vəziyyəti klassik ədiblərin dövrü ilə müqayisə edib.

İlahiyyatçı Türkiyədə 15 iyul çevrilişinin proqnozlaşdırılan bir hal olmadığunu söyləyib.

O, Harun Yəhya ləqəbi ilə tanınan Adnan Oktarla əlaqələrindən bəhs edib, ondan uzaqlaşmasının səbəblərini açıqlayıb.

“Hansı birimiz araşdırıb dinə gəlmişik” deyə sual edən E.Miri əvvəllər deizmlə din arasında qaldığını vurğulayıb.

İlahiyyatçı peyğəmbərin meraca çıxmadığını, İslamda meracın olmadığını iddia edib.

E.Miri Azərbaycanda dindarlarla ateisləri birləşdirən ümumi cəhət tapdığını deyib.

Söhbəti yaxın günlərdə Teleqraf.com saytında oxuya biləcəksiniz.


Müəllif: Səxavət