22 Noyabr 2017 15:16
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən səfirlərimiz özləri sürücü funksiyasını yerinə yetirirlər. Bu mənada Azərbaycan hökümətini xaricdə təmsil edən qurumlara diqqətin artırılmasına ehtiyac var.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri millət vəkili Azay Quliyev parlamentdə büdcə müzakirələri zamanı deyib.

A.Quliyev səfirliklərə sürücü ştatı ayrılmalı olduğuna diqqət çəkib: "Diplomatik xidmətdə olan vətəndaşlarımızın pensiya təminatında da müəyyən problemlər var. Onların xaricdə işlədiyi zamanı aldığı maaşdan ödədiyi vəsait pensiya təminatı kimi nəzərə alınmır. Həmin şəxslərə Azərbaycanda işlədiyi zaman aldıqları maaşın 50 faizi cıvarında pensiya ayrılır. Düzdür, bu, pensiya məsələlərinin müzakirəsi zamanı da gündəmə gələ bilər. Lakin bu gün məsələni burada qaldırmaq istədim”.

Millət vəkili həmçinin Qeyri Hökümət Təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac olduğunu da bildirib: “Son 5-6 ildir bu məsələyə toxunmuram. Lakin bu dəfə bu məsələni deməyə məcburam. Çünki 2016-cı ildə QHT-lərə ayrılan vəsait təxminən1.6 milyon manat azaldılıb. 2016-cı ildə Şuranın QHT-lərə müqavilə əsasında ödəməli olduğuvəsait büdcədən bizə ödənilməyib. Ötən il QHT-lərə cəmi 4.6 milyon manat ayrılıb ki, bura şuranın, katibliyin saxlanılması və digər xərclər də daxildir. Təəssüf ki, növbəti ilin dövlət büdcəsində də ayrılan vəsaitin həcmi dəyişməyib. Azərbaycanda 3mindən çox QHT qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu vəsaiti onlar arasında böləndə hər birinə 1000-1300 manat vəsait düşür. Bununla həmin təşkilatlar hansı işləri görə bilər? Həm də nəzərə almaq lazımdır ki, bu təşkilatların bir sıra layihələri xaricdə həyata keçirilir. Manatın devalivasiyasından sonra bizim xərclərimiz iki qat artıb. Bu zaman onlara xaricdəki layihələr üçün ayırdığımız vəsait bilet pulunun ödənilməsinə çatmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Düzdür, Gənclər Fonduna 2 milyon vəsait ayrılıb. Lakin bu fond yalnız gənclər təşkilatlarına vəsait ayırır. Növbəti il həm də seçki ilidir. QHT-lər də bu proseslərdə aktiv iştirak edir. Bunun üçün də onlar lazımı vəsaitlə təmin edilməlidir. Bu təşkilatlar ictimai sabitliyə töhfə verən, milli maraqları qoruyan önəmli aktyor, institutlardır. Hesab edirəm ki, onlara əlavə vasait ayırmaqla dəstək olmalıyıq. Bu gün həmin təşkilatlara lazımı vəsait ayırmasaq, onlar xarici qüvvələrin təsirinə düşə bilər. İnanıram ki, qaldırdığımız məsələ Maliyyə Nazirliyi tərəfindən növbəti ildən nəzərə alanacaq. Ən azı bizə ödənilməyən 400 min manat vəsaitin ödənilməsi təmin edilə bilər”.


Müəllif: Cavad