22 Noyabr 2017 15:34
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinin məlumatına istinadən bildirir ki, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Məlumatda deyilir ki, hazırda Rusiya ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.


Müəllif: Teleqraf.com