7 Dekabr 2017 12:53
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 yaşlı qızın əməliyyatdan sonra ölməsi ilə bağlı cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib. Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər