5 May 2014 12:01
2 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Gəncədə keçiriləcək “Gül bayramı”na Türkiyənin iki məşhur müğənnisi dəvət edilib. Pop müğənniləri Mustafa Ceceli və Hadisə Gəncədə təşkil olunacaq konsertdə çıxış edəcək.

Gəncə Şəhər İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, səhnəyə ilk olaraq, Mustafa Ceceli sonra Hadisə çıxacaq: “Ötən ildən fərqli olaraq, bu ilə bayram şənlikləri Heydər Əliyev park-kompleksində 7 may tarixində keçiriləcək. Park-kompleksin girişindən, “Zəfər Tağı” abidəsindən başlayaraq düzülmüş xüsusi pavilyonlarda əl işləri sərgilənəcək, hər tərəf güllə bəzədiləcək.

Şəhərin ən böyük 50 dən artıq təşkilatı bu bayramda təmsil olunacaq. Əvvəlcədən elan olunmuş xüsusi nominasiyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan təşkilatlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaq”.

Məlumata əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin Heydər Əliyevin doğumunun 91 illiyi münasibəti ilə təşkil etdiyi konsert AzTv tərəfindən canlı yayımlanacaq.

Sevinc


Müəllif: