14 May 2014 11:02
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün texniki tələblər"i təsdiqləyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı üzrə siyahıya Daxili İşlər Nazirliyindən 2, Ədliyyə Nazirliyindən 6, İqtisadiyyat və Sənaye Nazirliyindən 1, Vergilər Nazirliyindən 1 , Energetika Nazirliyindən 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 4, Mədəniyyət və Turizm Nazirliyindən 2, Təhsil Nazirliyindən 1, Səhiyyə Nazirliyindən 3, Nəqliyyat Nazirliyindən 1, Müdafiə Sənayesi Nazirliyindən 1, Kənd Təsərrüfatı Nazirliyindən 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 2, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən 1, Əmlak Məsələləri Dövlət Komitəsindən 2, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 2, Dövlət Statistika Komitəsi üzrə 1 qurum daxil edilib.

“Elektron hökumət” layihəsi Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycanın inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya əsasən işlənib hazırlanıb.

Layihənin məqsədi dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsidir.

NİGAR


Müəllif: