6 Mart 2015 16:25
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan “QHT Məktəbi” növbəti yaz proqramına qəbul elan edir.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan bu məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Bu günədək 1300-ə yaxın məzunu olmuş məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcəkdir.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra, təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcəkdir.

Məktəbdə iştirak etmək istəyənlər martın 29-dək CV-lərini qhtmektebi@gmail.com elektron ünvanına göndərməlidirlər.

BƏXTİYAR


Müəllif: