5 Aprel 2016 01:15
1 139

Qoç - xoş və maraqlı gündür. Bu ərəfədə başlanan xoş hadisələr davam etməkdədir. Yeni, parlaq ideyalarınız var. Heç kömək ummadığınız insanlar planlarınızı həyata keçirməkdə sizə kömək edirlər: nəhayət ki, sizin də qədrinizi bilməyə başladılar. Alış-veriş üçün əla gündür, nəinki özünüzə, həmçinin yaxınlarınıza da hədiyyələr ala bilərsiniz.

Buğa - maraqlandığınız adamlarla ünsiyyət qurmaq istəyirsinizsə, axşama doğru onları başınıza toplayın. Həm evinizdə qonaq qəbul edə, həm də özünüz kimisə evinə qonaq getməklə sevindirə bilərsiniz. İstənilən halda, gözəl vaxt keçirəcəksiniz.

Əkizlər - sizin nikbinliyiniz əla zireh və əvəzolunmaz silahınızdır. Onun köməyilə istənilən maneəni dəf edə bilərsiniz. Bu gün nəinki işgüzar, hətta demək olar ki, döyüşkən ruha köklənmisiniz. Odur ki, sizin rəqiblərinizə və düşmənlərinizə ancaq təəssüf etmək qalır. Hansısa irimiqyaslı və uzunmüddətli layihəyə başlamaq məsləhətdir.

Xərçəng - yaxşı gündür. Çoxdankı arzularınız yerinə yetir, mümkün olmayan hər şey reallaşır. Səhvlərinizi asanlıqla aradan qaldırır, yaxşılığa doğru dəyişikliklərin təşəbbüskarı olursunuz. Gələcəyə nikbinliklə baxır və ətrafınızdakıları da optimizmə "yoluxdurursunuz". Sizin peyda olduğunuz bütün yerlərdə çox gözəl, mehriban ab-hava yaranır.

Şir - işgüzar və enerjilisiniz. Gücünüz aşıb-daşır və bəzən ətrafınızdakıları da qorxudur. Ailədə münaqişə, yaşlı qohumlarınızla fikir ayrılığı mümkündür. Uşaqlarla ünsiyyətdə bir az səbrli olun, onlar sizin məzəmmətlərinizə çox sərt reaksiya verə bilərlər.

Qız - günün əvvəlində çətinliklər yarana bilər. Ətrafınızda baş verən hər şeyə çox sərt reaksiya verir, əhəmiyyətsiz məsələləri şişirdirsiniz. Yaxın qohumlarınızla fikir ayrılığı, pul və ya əmlak üstündə mübahisələr mümkündür. Ortaq məxrəcə gəlmək çox çətindir - siz sadəcə olaraq bir-birinizi dinləmirsiniz.

Tərəzi - müsbət tendensiyaların təsir gücü artmağa başlayır. Xoş xəbərlər, maraqlı təkliflər alacaqsınız. İmprovizədən qorxmayın. Yeni ideyalar yaxşıdırlar, onları vaxtında tətbiq etməyə çalışın. Qətiyyətli olun, kiçik problemlər sizi qorxutmasın.

Əqrəb - bu gün dəfələrlə təkid etməli olacaqsınız. İnsanlara nəinki hərtərəfli yaxşı insan, həmçinin güclü şəxsiyyət olduğunuzu nümayiş etdirəcəksiniz. Öz bildiyiniz kimi hərəkət etmək elə də asan deyil, amma bunsuz can atdığınız nəticələri əldə etmək mümkün deyil. Çox yaxın hesab etdiyiniz biri ilə mübahisəniz ola bilər. Tez barışacaqsınız, amma inciklik içinizdə uzun müddət qalacaq.

Oxatan - baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz.

Oğlaq - bir qədər sonra isə məlahət və cazibəniz "hakimiyyəti ələ alacaq". Buz kimi ürəkləri belə əritməyə qadir olacaqsınız. Nə zamansa eşq macərası yaşadığınız biriylə görüş mümkündür. Əgər istəsəniz, keçmiş əlaqənizi bərpa edə bilərsiniz, ikinci dəfə birincidən daha yaxşı alınacaq.

Dolça - ciddi maliyyə problemləriniz ola bilər. Ailə büdcəsini, əmlak bölüşdürülməsini bu gün müzakirə etməsəniz, məsləhətdir. Köçmək üçün də münasib gün deyil. Səhərçağı xoşagəlməz xəbər ala bilərsiniz. Sonra situasiya aydınlaşacaq və elə də qorxulu olmadığı aşkar olacaq.

Balıqlar - bütün gün ərzində müsbət tendensiyaların təsiri güclü olacaq, bundan maksimum yararlanmağa çalışın. Səhər çağı inad, şöhrətpərəstlik kimi xüsusiyyətlər özünü daha qabarıq büruzə verəcək. Bu dövrdə sizin nöqteyi-nəzərinizi bölüşməyən insanlarla ünsiyyət qurmağa çalışın, bu gün onları fikirlərindən asanlıqla döndərə biləcəksiniz.

Milli.Az


Müəllif: