8 May 2016 08:18
220

Şirvan sakini elektrik kəsici aləti ilə ayaq barmaqlarını kəsib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb. Həmin qəsəbənin sakini, 1980-ci il təvəllüdlü Abdullayev Elşən Musayel oğlu elektrik kəsici aləti ilə işləyərkən ehtiyatsızlıqdan ayaq barmaqlarını kəsib. Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə daxil olan yaralının sağ ayaq pəncəsinin 3 barmağı amputasiya edilib.

Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.


Müəllif: